Əməkdar artist Elza Seyidcahan Medianews-a açıqlamasında bildirib ki, Ermənistan auditoriyası qarşısında konsert barədə qərarı özbaşına verməyib. O qeyd edib ki, jurnalistlərdən biri ona sual verib: “Azərbaycanla Ermənistan arasında sülh genişlənsə, gələcəkdə orada konsert verməyi düşünürsünüzmü?”
Elza cavabında deyib: “Əlbəttə, konsertə hazırlaşıram. İrəvanda açıq havada “Qarabağ Azərbaycandır” şüarı ilə solo çıxış edəcəyəm və sevilən şeirlərimi səsləndirəcəyəm. Hətta “Əşyalarım”, “Tikim” və “Sapım” şeirlərimi də söyləyəcəm”.
O, həmçinin bəzi jurnalistləri sərt tənqid edib:
“Bir çox erməni saytları sözlərimi düzgün paylaşdılar, amma bizim bəzi özünü jurnalist adlandıran şəxslər bunu tamamilə mənasız təqdim etdilər. Onlar yazdılar ki, “Elza Seyidcahan şeirlərini İrəvanda səsləndirmək istəyir”. Amma mənim məqsədim Cənab Prezidentin və Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır” şüarını tarixi abidə kimi çatdırmaqdır. Onlar bunu görməzdən gəldilər. Hətta mən bunu belə deyərdim ki, onlar da heç erməni xisləti də yoxdur. Guya şeirlərimlə məni utandırmaq istəyirlər. Mən isə şeirlərimlə fəxr edirəm. Yazıçılar deyiblər ki, mənim bir şeirimdən üç kitab yazmaq olar. Bunun dəyərini dərk edə bilmirlər, utanmalıdırlar”.
Elza Seyidcahan bildirib ki, onun əsas məqsədi musiqi və poeziya vasitəsilə sülh və mədəni dialoq mesajı verməkdir.
Oğuz Ayvaz