Medianews.az
Ölmüş anasının obrazına girərək
59 baxış

Ölmüş anasının obrazına girərək pensiyasını almağa cəhd etdi

İtaliyada 56 yaşlı bir kişi anasının 2022-ci ildə öldüyünü gizlədib və onun pensiyasını almağa davam edib.

Medianews.az xəbər verir ki, hadisə İtaliyanın Mantua şəhəri yaxınlığındakı Borgo Vircilio qəsəbəsində baş verib.

O, hətta şəxsiyyət vəsiqəsini yeniləmək üçün anası kimi geyinərək bələdiyyəyə gedib. Kişinin qəhvəyi parik taxdığı, makiyaj etdiyi, qadın paltarı və zinət əşyalarından istifadə etdiyi, hətta yaşlı qadın kimi yeriməyə çalışdığı bildirilib.

Bələdiyyə əməkdaşları onun davranışından şübhələndikdən sonra polis çağırıblar. Şübhəli şəxsin gətirdiyi foto ilə arxivdəki sənədlər müqayisə edilib. Daha sonra polis onun evində gizlədilmiş qadın cəsədini tapıb.

Bələdiyyə rəhbəri Françesko Aporti həmin şəxsin “yaşlı qadın kimi içəri süzülməyə çalışdığını”, lakin səsinin zaman-zaman kişi səsinə dəyişdiyini  deyib. İşçilər isə onun qalın boynundan və əllərindəki qırışların 85 yaşlı qadına uyğun gəlməməsindən şübhələndiklərini qeyd ediblər.

Məlumata görə, işsiz tibb işçisi olan kişi anasının pensiyası və ailəyə məxsus üç mülkün gəliri ilə birlikdə illik təxminən 53 min avro qazanırmış.

İtaliyada bu cür hallar ilk deyil: 2023-cü ildə Verona və Puqlia bölgələrində də yaxınlarının cəsədini illərlə gizlədib pensiyasını almaqda ittiham olunan şəxslər aşkar edilmişdi.

 Medianews.az

Bizə qoşulun