Rusiyada 27 yaşlı qadın 3 yaşlı oğlu ağladığı onu pıçaqlayıb.
Medianews.az xəbər verir ki, hadisə noyabrın 23-də, Primorye diyarının Artem şəhərində baş verib.
Faktla bağlı qadına “Qətl etməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.
Məlumata görə, qadın üç və beş yaşlı iki uşağı ilə mənzildə olarkən üç yaşlı oğluna çoxsaylı bıçaq zərbələri vurub. Qışqırıq səslərini eşidən və polisə zəng edən qonşular qadının cinayəti başa vurmasına mane olublar.
Xəsarət alan uşaq xəstəxanaya çatdırılıb, ona lazımi tibbi yardım göstərilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.
Uşaqlar qohumlarına buraxılıb.
Medianews.az