İspaniya millisi, gənc ulduz Lamin Yamalın start heyətində meydana çıxdığı bütün böyük turnir (DÇ və Avro) oyunlarında qələbə qazanıb.
Medianews.az xəbər verir ki, Yamalın əsas heyətdə olduğu 8 matçın hamısında İspaniya qalib gəlib. Bu, dünya və Avropa çempionatları tarixində hər hansı bir avropalı futbolçu üçün qeydə alınan ən yaxşı göstəricidir.
Hazırda 18 yaşı olan vinger, Avro-2024-də 6, hazırda davam edən DÇ-2026-da isə 2 qarşılaşmaya ilk 11-likdə başlayıb. Yamal bu dünya çempionatında meydana çıxdığı ümumilikdə 4 oyunda 1 qolla yadda qalıb.
İspaniya millisi iyulun 6-da DÇ-2026-nın 1/8 final mərhələsində Portuqaliya ilə qarşılaşacaq.
Medianews.az