Bu ilin yanvar ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 min 232 nəfər olub.
Medianews.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.
Onların 114 min 358 nəfəri yaşa (illik müqayisədə 2,6 % çox), 14 min 112 nəfəri əlilliyə (0,7 % az), 22 min 762 nəfəri isə ailə başçısını itirməyə görə (5,2 % çox) pensiya alıb.