İspaniyanın "Real" klubu Almaniya millisinin futbolçusu Niko Şlotterbeki heyətinə qatmaq istəyir.
"Report" "The Touchline" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Madrid təmsilçisinin prioritet transfer hədəfinə çevrilib.
"Kral klubu" Dayo Upamekano, Mark Qehi və Jeremi Jakketi heyətinə qata bilmədiyinə görə diqqətini Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusuna yönəldib.
Qeyd edək ki, Niko Şlotterbek cari mövsüm bütün yarışlarda 25 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Dortmund təmsilçisi ilə 2027-ci ilin yayınadək müqaviləsi var.