Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına səfər edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.
Bildirilib ki, bu gün Ərdoğan Səudiyyə Ərəbistanı Krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Ər-Riyadda görüşəcək. Liderlər regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparacaq.
4 fevralda isə Ərdoğan Misir Prezidenti Əbdülfəttah Sisinin dəvətilə Qahirəyə səfər edəcək.