Medianews.az
XİN-də geniştərkibli kollegiya
49 baxış

XİN-də geniştərkibli kollegiya iclası keçirildi

Xarici İşlər Nazirliyində (XİN) geniştərkibli kollegiya iclası keçirilib.

Medianews.az xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə keçirilən iclasda XİN-in rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak ediblər.

İclasda ölkə Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2025-ci il ərzində Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2026-cı il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik fəaliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər və XİN-in fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Bizə qoşulun