Medianews.az
Xəzərdən tanınmış fotoqrafın meyiti tapıldı -
133 baxış

Xəzərdən tanınmış fotoqrafın meyiti tapıldı - FOTO

Bakıda fotoqraf Eltac Rasim oğlu Zeynalov dənizdə boğularaq ölüb.

“Yeni Sabah” xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltacın meyiti Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb.

39 yaşlı fotoqrafın hansı şəraitdə dənizə düşərək boğulması araşdırılır.

Qeyd edək ki, Eltac Zeynalov fotoqrafdır. O, həm də bir sıra sosial layihələrdə könüllü kimi iştirak edirdi.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizə qoşulun