Medianews.az
Xərçəngə qalib gəldi
190 baxış

Xərçəngə qalib gəldi

Bir müddət əvvəl leykemiya diaqnozu qoyulan Cansever bu yaxınlarda pərəstişkarları ilə xərçəngə qalib gəldiyini paylaşıb.

Medianews.az xəbər verir ki, bundan sonra Cansever həyatı ilə bağlı verdiyi radikal qərarlardan danışıb.

Cansever "Biz bacardıq, əzizlərim... Xərçəngi məğlub etdik, sizə xoş xəbər verim. Dualar qəbul oldu. Allaha şükür. Allah mənim üçün dua edən hər kəsə xeyir versin. İndi sağlamam" açıqlamasını deyib.

Cansever paylaşımına "Bundan sonra həyatı çox fərqli yaşayacağam. Artıq bu və ya digər şey haqqında düşünməyəcəyəm. Çox fərqli yaşayacağam" qeydini əlavə edib.

Bizə qoşulun