Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Audiovizual Şurasının cari il üçün ilk iclası keçirilib.
Medianews.az-in məlumatına görə, iclasda qeyd edilib ki, 14 noyabr 2025-ci il tarixdə "Dünya TV"də yayımlanan "Alo doktor" proqramı zamanı reklam materialında bəzi müalicə üsullarının peşəkar səviyyədə yalnız reklam olunan tibb müəssisəsində mövcudluğu barədə yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulub.
Bu səbəbdən Audiovizual Şura 15 yanvar 2026-cı il tarixdə saat 21.00-dan saat 24.00-dək "Dünya TV" televiziya kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verib.