Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən "Qızıl Ark" (Kidobani) ticarət mərkəzində yanğın qeydə alınıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən verilən məlumata görə, hadisə yerinə operativ şəkildə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb olunub.
Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin rəhbəri Teymuraz Mqebrişvilinin verdiyu məlumatata görə, Ticarət mərkəzində yanğın tam söndürülüb.
Qeyd olunub ki, yanğın nəticəsində restoran sahəsinə aid 300 kvadrat metrlik sahə yanıb.