Medianews.az
Rejim panikada: dövlət telekanalı ölü güc strukturu üzvlərini
91 baxış

Rejim panikada: dövlət telekanalı ölü güc strukturu üzvlərini göstərdi

İranda etirazların gedişində zorakılığın yeni və daha təhlükəli mərhələyə keçdiyini göstərən videogörüntülər yayılıb.

Medianews.az  xəbər verir ki, kadrlar bu dəfə qeyri-rəsmi mənbələrə deyil, birbaşa İranın rəsmi dövlət telekanalı — Islamic Republic of Iran Broadcasting (IRIB) tərəfindən çəkilib və efirə verilib.

Yayımlanan görüntülərdə etirazların yatırılmasında iştirak edən güc strukturu nümayəndələrinin hədəfə alındığı, onlardan bəzilərinin isə həyatını itirdiyi açıq şəkildə görünür. Bu fakt rejim üçün son dərəcə həssas məqamdır: illərdir etirazçılara qarşı cəzasız şəkildə güc tətbiq edən strukturlar ilk dəfə olaraq rəsmi dövlət mediasının kadrlarında itki verən tərəf kimi göstərilir.

Mütəxəssislər hesab edirlər ki, IRIB-in bu görüntüləri yayımlaması təsadüfi deyil. Bu, bir tərəfdən küçələrdə nəzarətin zəiflədiyini, digər tərəfdən isə hakimiyyət daxilində informasiya balansının pozulduğunu göstərir. Rejim artıq hadisələri tam gizlətmək gücündə deyil və zorakılıq spiralının nəzarətdən çıxdığı açıq-aydın hiss olunur.

Baş verənlər fonunda İran cəmiyyətində qorxu ilə yanaşı qəzəb də dərinləşir. Etirazçılara qarşı silah işlədən qüvvələrin özlərinin hədəfə çevrilməsi ölkədə təhlükəsizlik anlayışını kökündən sarsıdır. Bu prosesin davam etməsi isə qarşıdurmanın daha da sərtləşəcəyindən xəbər verir.

Bizə qoşulun