Medianews.az
Xameneinin planı işə düşüb –
75 baxış

Xameneinin planı işə düşüb – “Financial Times”

Fevralın 28-dən ABŞ və İsrailin hərbi hücumuna məruz qalan İran dövləti hazırda sərt müqavimət göstərir.

Medianews.az-ın məlumatına görə, Böyük Britaniyanın “Financial Times” qəzeti yazır ki, İranın müqaviməti hələ ötən ildən tərtib olunmuş hərbi plana əsaslanır.

Qəzetin iddiasına görə, plan İranın ali rəhbəri Əli Xameneinin, ölkənin hərbi komandanlığının iştirakı ilə 2025-ci ilin iyununda İsraillə 12 günlük müharibədən sonra hazırlanıb.

Strategiya ABŞ və İsrailə hücumları dayandırmaq üçün təzyiq göstərməyi hədəfləyir.

Qəzetin yazdığına görə, plana regiondakı enerji obyektlərinə zərbələr və hava nəqliyyatının işini pozan tədbirlər də daxildir.

Xatırladaq ki, Əli Xamenei fevralın 28-i ABŞ və İsrailin hərbi hücuma başladığı ilk saatlarda öldürülüb.

Medianews.az

Bizə qoşulun