Medianews.az
Xamenei etirazlara meydan oxudu:
77 baxış

Xamenei etirazlara meydan oxudu: “İslam Respublikası geri çəkilməyəcək”

Əli Xamenei İran İslam Respublikasında baş verən kütləvi etirazlar fonunda sərt bəyanatla çıxış edib. O bildirib ki, rəsmi Tehran aksiyalar qarşısında geri addım atmayacaq və “xarici qüvvələrə xidmət” adlandırdığı fəaliyyətlərə dözümlü yanaşmayacaq.

Musavat.com xəbər verir ki, İranın ali dini lideri bu fikirləri "Iran International" telekanalının sosial şəbəkə X-də yaydığı açıqlamada səsləndirib.

Xamenei bəyan edib: “Hamı bilməlidir ki, İslam Respublikası geri çəkilməyəcək. O, xaricilərə xidmət edənləri heç vaxt qəbul etməyəcək”.

Onun sözlərinə görə, xarici güclərlə əməkdaşlıq edən və ya onların maraqlarına işləyən şəxslər həm xalq tərəfindən, həm də mövcud islam sistemi tərəfindən rədd ediləcək.

Qeyd edək ki, son günlər İranın bir sıra şəhərlərində sosial-iqtisadi və siyasi tələblərlə müşayiət olunan etiraz aksiyaları genişlənib. Rəsmi Tehran isə baş verənləri xarici müdaxilə ilə əlaqələndirir.

"İslam inqilabı qanla əldə edilib. Heç bir şəkildə bu unudulmamalıdır. İranda asayiş tam bərpa olunacaq. İran gənclərini dövlətə dəstək üçün meydanlara səsləyirəm", - o deyib.

Bizə qoşulun