Medianews.az
Xalq artistinə ağır İTKİ:
82 baxış

Xalq artistinə ağır İTKİ: Səhhəti pisləşdi

Xalq artisti Fatma Mahmudovanın ailəsində ağır itki üz verib.

Medianews.az xəbər verir ki, Axşam.az-a açıqlama verən aktrisa yaxın qohumunun gənc yaşda dünyasını dəyişdiyini bildirib. F.Mahmudova qeyd edib ki, Ağdama yas mərasiminə yollanıb, orada isə səhhəti pisləşib:

"Özümü yaxşı hiss etmirəm. Halım çox pisdir. İnsult keçirəndən sonra çox yerə gedə bilmirəm. Yaslara gələndə halım pisləşir. İndi də pisəm, həkimə gedirəm, yoxlanacağam, görüm nədəndir".

Bizə qoşulun