Medianews.az
WUF13-ün ikinci günü:
116 baxış

WUF13-ün ikinci günü: əcnəbilərdən diqqətçəkən rəylər

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ikinci günü də yüksək əhval-ruhiyyə ilə davam edir. Bu gün Bakıda havanın xüsusilə günəşli və isti keçməsi forum iştirakçılarının ovqatına müsbət təsir göstərib. WUF13 çərçivəsində Bakı Olimpiya Stadionunun ətrafında qurulan xüsusi ornamentlər, müasir avadanlıqlar və şəhərsalma elementləri əcnəbi qonaqların diqqətini cəlb edib.

Medianews.az-ın əməkdaşı ərazidə olan müxtəlif ölkələrdən gəlmiş turist və iştirakçılarla həmsöhbət olub.

Onlar WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu, forum məkanında yaradılan şəraitdən məmnun qaldıqlarını bildiriblər. Xarici qonaqlar xüsusilə təhlükəsizlik, nizam-intizam və təşkilatçılığın peşəkar şəkildə qurulduğunu vurğulayıblar.

İştirakçılar qeyd ediblər ki, günəşli və xoş hava forumun atmosferini daha da canlandırıb. Bir neçə gün davam edəcək WUF13 çərçivəsində keçiriləcək tədbir və müzakirələrə böyük maraq göstərən qonaqlar Bakıda olmaqdan məmnun olduqlarını ifadə ediblər.

Müşfiqə Bayramova
Medianews.az

Bizə qoşulun