Medianews.az
Ağlayan rəqibini ələ saldı, sonra özü yerə yıxıldı
140 baxış

Ağlayan rəqibini ələ saldı, sonra özü yerə yıxıldı

Yarış zamanı qadın iştirakçılardan biri rəqibinin zərbədən sonra ağlamasını ələ salıb.

Medianews.az xəbər verir ki, hadisə “Şillə yarışı” (“Power Slap”) turnirində baş verib. Bu yarış UFC-nin (Ultimate Fighting Championship) prezidenti Dana Uayt yaratdığı və idarə etdiyi peşəkar şillə vurma liqasidir.

Lakin qısa müddət sonra həmin iştirakçı özü güclü şillə zərbəsi alaraq yerə yıxılıb və özünə gəlməkdə çətinlik çəkib.

Hadisə zamanı onun rəqibinin emosional reaksiyasına lağ etməsi kameralar tərəfindən qeydə alınıb. Sonradan aldığı zərbə nəticəsində yerə yıxıldığı anlar izləyicilərin diqqətini çəkib.

Baş verən epizodlar qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

 Medianews.az

 

Bizə qoşulun