Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki "Avtomobil Yollarının Mühafizə Xidməti" publik hüquqi şəxsinin (PHŞ) rəisi vəzifəsindən azad edilib.
Medianews.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, AAYDA sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə xidmətin rəisi Səftər İsmayılov işdən çıxarılıb.
Məlumata görə, Avtomobil Yollarının Mühafizə Xidmətində aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Sözügedən qurumun bir sıra vəzifəli şəxsi barəsində araşdırmalara başlanılıb.
Məsələ ilə bağlı AAYDA-nın Mətbuat Xidməti ilə əlaqə saxlamağa cəhd edilib, lakin zənglərə cavab verən olmayıb.