ABŞ prezidenti Donald Trumpın İrana qarşı siyasəti tənqid olunub.
Medianews.az xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.
Trampın bəzi müttəfiqləri bildirib ki, ABŞ-nin ilk genişmiqyaslı zərbələri gözlənilən nəticəni verməyə bilər. Onların fikrincə, bu addımlar əksinə, İran rejiminin dəyişdirilməsini çətinləşdirə bilər.
Mənbələr bildirir ki, yüksək səviyyəli şəxslərin öldürülməsi daha radikal rəhbərliyin formalaşmasına səbəb ola bilər. Bu kontekstdə yeni lider kimi Müctəba Xameneiyə çəkilir.
Bundan əlavə, qeyd olunur ki, mümkün hərbi eskalasiya Trampın reytinqinə də mənfi təsir göstərə bilər.
Medianews.az