Medianews.az
Vardanyanı Azərbaycana mən satmamışam! -
60 baxış

Vardanyanı Azərbaycana mən satmamışam! - Şahramanyan

Keçmiş Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan İrəvanda şahid qismində dindirilib.

Medianews.az modern.az-a istinadən xəbər verir ki, Şahramanyanın jurnalistlərə bildirdiyinə görə, İstintaq Komitəsində dindirilmə 44 günlük müharibə ilə deyil, 2023-cü ilin hərbi əməliyyatları və onların nəticələri ilə bağlı olub.

İlkin istintaqın məxfiliyi səbəbindən o, təfərrüatları açıqlamayıb.

Şahramanyan izah edib ki, heç vaxt hüquq-mühafizə orqanlarına gəlməkdən və sualları cavablandırmaqdan yayınmayıb.

Şahramanyan deyib ki, Azərbaycan tərəfinin əlinə keçən separatçı liderlərin koordinatlarının qarşı tərəfə onun tərəfindən verildiyi barədə iddialar doğru deyil. O, Ruben Vardanyan, Arayik Harutyunyan, Arkadi Qukasyan və digərlərini satmadığını söyləyib

"Azərbaycan tərəfi kimin harada olduğunu çox yaxşı bilirdi. Ruben Vardanyan hansısa sığınacaqda, bunkerdə, meşədə deyildi və ya alternativ yollarla çıxmağa çalışarkən saxlanılmayıb...
O, hamı kimi, Ermənistana yeganə işlək yol - Laçın dəhlizi vasitəsilə keçməyə cəhd edib”.

Şahramanyanın sözlərinə görə Ruben Vardanyan Həkəri çayı üzərindəki körpüdə saxlanılıb.

O bildirib ki, Azərbaycan tərəfi həmçinin Kamo Vardanyanın (qondarma “artsaxın keçmiş müdafiə naziri”) həbs olunmasına çalışıb. Rəsmi Bakı onu da əsir götürmək niyyətində olduğu şəxslərin siyahısına daxil edib.

Kamo Vardanyan 2024-cü ilin avqustunda Ermənistan müdafiə nazirinin müşaviri təyin edilib.

Bizə qoşulun