İspaniyanın "Valensiya" klubu La Liqanın digər təmsilçisi "Selta"nın müdafiəçisi Unai Nunyesin keçidini rəsmiləşdirib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 28 yaşlı ispaniyalı futbolçunun 2026-cı ilin yayına qədər icarəsi ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, U.Nunyes 2025/2026 mövsümünün ilk yarısını icarə əsasında İtaliyanın "Verona" komandasında keçirib. O, İtaliya təmsilçisinin heyətində bütün turnirlərdə 18 matçda meydana çıxıb. Müdafiəçi İspaniya millisinin heyətində 1 oyun keçirib.