Medianews.az
Uşaqlardan silah nümayişi -
54 baxış

Uşaqlardan silah nümayişi - Oyuncaq olduğu ortaya çıxdı

Küçənin ortasında silah nümayiş etdirərək vətəndaşları narahat edən uşaqların əllərindəki silahların oyuncaq olduğu müəyyən edilib.

Publika.az xəbər verir ki, sosial mediada Türkiyənin Tekirdağ vilayətində yaşanan hadisənin görüntüləri yayılıb.

Hadisədən sonra polis əməliyyata başlayıb. Müəyyən edilib ki, hadisəni törədənlər 13-17 yaşlarında uşaqlardır və onlar oyuncaq silahlardan istifadə ediblər.

Araşdırmadan sonra uşaqlar ailələrinə təhvil verilib.

Bizə qoşulun