Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku təcili olaraq vətənində xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə "ProSport" məlumat yayıb.
2025-ci ilin sonlarında mütəxəssisin ürək problemləri kəskinləşib və bunu soyuqdəymə daha da ağırlaşdırıb. Son məlumatlara görə, 80 yaşlı mütəxəssisin vəziyyəti daha da pisləşib.
Nəticədə Luçesku Rumıniya klublarının Antalya toplanışını buraxmaq məcburiyyətində qalacaq. Həmin toplanışa o, milliyə namizədləri izləmək üçün qatılmağı planlaşdırırdı.
Luçesku “Dinamo Kiyev”, “Şaxtyor Donetsk”, “Qalatasaray”, “Beşiktaş”, “İnter” və Türkiyə milli komandasındakı fəaliyyəti ilə tanınır.
