Müğənni Türkan Vəlizadə sosial şəbəkədə yeni paylaşımı ilə diqqət çəkib.
Sənətçi bu dəfə makiyajsız görüntüsünü izləyiciləri ilə bölüşüb.
Paylaşımda Türkanın Xalq artisti Eyyub Yaqubovun həzin mahnısının sədaları altında özünü videoya çəkdiyi görünür. Təbii halını nümayiş etdirən ifaçının videosu maraq yaradıb.
İzləyicilərin bir qismi müğənninin makiyajsız görünüşünü təbii adlandırsa da, digərləri onu tanımaqda çətinlik çəkdiklərini bildirib. Bu səbəbdən görüntü sosial şəbəkədə müxtəlif şərhlərə və geniş müzakirələrə yol açıb.
Türkan Vəlizadənin paylaşımı qısa zamanda minlərlə baxış toplayaraq gündəmə çevrilib./Milli.Az