Taylandda turistlər təsadüfən yerli sakinin dəfn mərasimini yemək festivalı ilə səhv salıblar.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, mərasimə gələn turistlər orada yemək yeyiblər.
Bir müddət sonra səhvlərini başa düşərək üzr istəyiblər və getməyə hazırlaşıblar.
Lakin mərhumun ailə üzvləri qonaqların narahat olmamalarını və tədbiri tərk etməmələrini istəyib.
Lakin sonradan məlum olub ki, ikinci bir qrup turist də eyni səhvi edib və yemək festivalı əvəzinə dəfn mərasiminə gedib. Lakin taylandlılar onları eyni mehribanlıqla qarşılayıblar.
İlk xəbər sosial mediada geniş diqqət çəkib. Bu jest Tayland qonaqpərvərliyinin parlaq nümunəsi kimi qiymətləndirilib.
Medianews.az