Medianews.az
Baş Prokurorluq müəllimin güllələnməsi ilə bağlı
55 baxış

Baş Prokurorluq müəllimin güllələnməsi ilə bağlı AÇIQLAMA YAYDI

"İdrak"liseyində müəllimin güllələnməsi ilə bağlı rəsmi açıqlama verilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilir ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfindən tutulub.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Bizə qoşulun