Medianews.az
Rusiya Müdafiə Nazirliyinin generalı
69 baxış

Rusiya Müdafiə Nazirliyinin generalı güllələndi

Rusiyanın paytaxtı Moskvada Rusiya Müdafiə Nazirliyinin generalı güllələnib.

Trend xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, general-leytenant Vladimir Alekseyev ona qarşı törədilmiş sui-qəsd cəhdindən sonra xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə məlumat verilmir.

Hadisə fevralın 6-da Moskvada yaşayış binalarından birində baş verib. İstintaq Komitəsinin məlumatına görə, naməlum şəxs general Alekseyevə atəş açıb və hadisə yerindən qaçıb.

Hazırda hüquq mühafizə orqanları əməkdaşları şübhəli şəxsin axtarışını aparırlar. Baş vermiş hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşının həyatına sui-qəsd maddəsi üzrə cinayət işi başlanıb.

Bizə qoşulun