Medianews.az
Trampdan gözlənilməz gediş:
86 baxış

Trampdan gözlənilməz gediş: "İranla danışıqlar apara bilərəm"

ABŞ Prezidenti Donald Tramp Florida ştatında keçirdiyi mətbuat konfransında İranla bağlı gözlənilməz və yumşaq bəyanatla çıxış edib.

Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, Tramp bir tərəfdən hərbi əməliyyatların "çox uğurlu" davam etdiyini bildirsə də, digər tərəfdən rəsmi Tehranla birbaşa dialoq imkanlarını istisna etməyib.

Tramp jurnalistin "İranla danışıqlar masasına oturacaqsınızmı?" sualına cavab olaraq, "Bəli, mən hər kəslə danışa bilərəm. Mən danışıqların adamıyam. Amma şərtlərimiz bəllidir: nüvə silahı yoxdur, terrora dəstək yoxdur," — deyə bildirib.

 Tramp bu açıqlamanı Rusiya Prezidenti Vladimir Putinlə apardığı bir saatlıq telefon danışığından sonra verib. Putinin İran məsələsində "kömək təklif etdiyini" deyən Tramp, hələlik buna ehtiyac olmadığını, lakin dialoqun hər zaman masada olduğunu qeyd edib.

Prezident davam edən hərbi əməliyyatı "şəri yox etmək üçün kiçik bir ekskursiya" adlandırıb və müharibənin çox tezliklə bitəcəyini, lakin bunun məhz bu həftə baş verməyəcəyini vurğulayıb.

Trampın bu "yumşalma" mesajına baxmayaraq, İran Xarici İşlər Nazirliyi "acı təcrübələrdən sonra" ABŞ ilə heç bir danışıqların gündəmdə olmadığını bəyan edib.

Bizə qoşulun