ABŞ Prezidenti Donald Tramp "Sülh Şurası" təşəbbüsündə iştirak etmək üçün Kanadaya irəli sürdüyü təklifi geri çəkib.
Medianews.az xəbər verir ki, Tramp Kanadanın Baş naziri Mark Karni ilə gərginlikdən sonra belə qərar qəbul edib. O, qərarını sosial media platformasında açıqlayıb.
Qeyd edək ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda Kanadanın Baş naziri Mark Karni mövcud dünya nizamındakı uğursuzluğu və ABŞ-nin aqressiv mövqeyini tənqid edib. Tramp Karninin sözlərinə cavab olaraq "Kanada ABŞ sayəsində yaşayır. Mark, növbəti dəfə açıqlama verərkən bunu unutmayın", - deyə bildirib.
Donald Tramp qlobal münaqişələrin həlli məqsədi ilə "Sülh Şurası" təşəbbüsünü irəli sürüb. Tramp tərəfindən yaradılan bu yeni strukturun BMT-ni əvəz edib-etməyəcəyi və onun maliyyələşdirilməsinin təfərrüatlarının məlum olmaması səbəbində Kanada tərəfi uzaq mövqe tutmuşdu.