Medianews.az
Tramp Avropaya güzəştə getməyəcək:
116 baxış

Tramp Avropaya güzəştə getməyəcək: Ukrayna və Yaxın Şərqlə bağlı şok gediş

Hərbi ekspert Aleksandr Perenciyev ABŞ prezidenti Donald Trampın Ukrayna böhranının nizamlanmasında Avropa İttifaqına (Aİ) heç bir güzəştə getmək niyyətində olmadığını bəyan edib.

Bu barədə "News.ru" yazıb.

Analitikin fikrincə, Ağ Ev rəhbəri NATO-nun avropalı üzvlərinin Yaxın Şərqdəki münaqişədə ABŞ-a kömək etməsi müqabilində onlara Ukrayna məsələsində jest etməyi lazımsız sayır.

Ekspert bildirib ki, Tramp Avropa ölkələrinin ona borclu olduğunu düşünür və bu səbəbdən hər hansı qarşılıqlı addım gözləməyə dəyməz.

Perenciyev Finlandiya prezidenti Aleksandr Stubbun Alyans üzvlərinə ABŞ liderinə qulaq asmağı tövsiyə edən açıqlamasını isə uğursuz cəhd kimi qiymətləndirib./publika.az

Bizə qoşulun