Rusiyada böyük çəllkədə çimən qız xəstəxanalıq olub.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Yekaterinburqda baş verib.
Bir qrup qadın kənd hamam kompleksində dincəlirmiş. Onlar şaxtalı açıq havada böyük çəlləkdə çimmək qərarına gəliblər.
Prosedurdan sonra və evə qayıdan qadınlardan biri qəfildən xəstələnib: görmə qabiliyyəti zəifləyib və huşunu itirib. Daha sonra qadın göyərməyə, titrəməyə və qıcolmalara başlayıb. Hadisə yerinə təcili yardım çağırılıb.
Xəstəxanada xəstə beynin kompüter tomoqrafiyasından keçib, ondan qan nümunələri götürülüb, nevroloq və epileptoloqla məsləhətləşmək üçün evə göndərilib.
Həkimlər xəbərdarlıq edirlər ki, qışda vannada və ya buzlu çuxurda üzmək qəfil temperatur dəyişikliyi səbəbindən ciddi sağlamlıq riskləri daşıyır. İsti sudan soyuq suya keçərkən qan damarları adekvat reaksiya verməyə vaxt tapmır və bu da qan təzyiqinin kəskin şəkildə artmasına və ürək-damar sisteminə həddindən artıq stressə səbəb olur.
Medianews.az