Medianews.az
"The Economist"dən Trampla bağlı maraqlı üz qabığı
60 baxış

"The Economist"dən Trampla bağlı maraqlı üz qabığı FOTOSU

Diqqətçəkən üz qabıqları ilə daim müzakirə mövzusu olan "The Economist" jurnalı bu həftə də gündəm olub.

Publika.az xəbər verir ki, jurnal bu dəfə ABŞ prezidenti Donald Trampın ağ ayıya mindiyini təsvir edən üz qabığı yayımlayıb.

Sözügedən foto əvvəllər Rusiya prezidenti Vladimir Putinlə əlaqəli olan və illərdir sosial mediada paylaşılan "ayıya minmək" fenomeninə istinad kimi şərh edilib. Uzun müddətdir ki, internetdə Putini bu şəkildə təsvir edən fotolar yayılır.

Jurnalın veb saytında fotoya başlıq kimi, Trampın Qrenlandiyanın ilhaq edilməsi ilə bağlı açıqlamalarından sonra Davosda keçirilən Dünya İqtisadi Forumunda daha barışdırıcı mövqe sərgilədiyi qeyd edilib.

Bizə qoşulun