Medianews.az
Təyyarə qəzasında eyni ailədən 18 nəfər həlak olub
70 baxış

Təyyarə qəzasında eyni ailədən 18 nəfər həlak olub

Hindistanın Xaydarabad şəhərindən olan 35 yaşlı Sayed Rəşid ağır faciə ilə üzləşib — Səudiyyə Ərəbistanında baş vermiş dəhşətli yol qəzasında onun ailəsindən 18 nəfər həyatını itirib.

Musavat.com xəbər verir ki, həlak olanlar arasında valideynləri, qardaşı, gəlinləri, üç uşaq və digər yaxın qohumları var.

Rəşid bildirib ki, faciədən bir gün əvvəl ailəsinə ayrı-ayrı maşınlarla yola düşməyi xahiş etmişdi. Onlar Məkkədə ibadətdən sonra Mədinəyə qayıdırdılar.

“Əgər məni dinləsəydilər, bəlkə də, bəziləri sağ qala bilərdi”, — deyə o göz yaşları ilə danışıb.

Bizə qoşulun