Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq ABŞ istehsalı olan ATACMS taktiki raket sistemlərindən birbaşa Rusiya ərazisinə qarşı istifadə etdiyini təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, Ukrayna ordusu Rusiyadakı hərbi obyektlərə dəqiq və hədəfəuyğun zərbələr endirib. Baş Qərargah bu addımı “Ukraynanın suverenliyini qorumaq istiqamətində sarsılmaz iradənin nümayişi” kimi qiymətləndirib.
Açıqlamada həmçinin qeyd olunur ki, qarşıdakı mərhələlərdə də uzaqmənzilli silahların, xüsusilə ATACMS raketlərinin istifadəsi davam etdiriləcək.