Yaponiyanın Fukuoka prefekturasında təyyarənin qəzaya uğraması nəticəsində göyərtədəki bütün sərnişinlər həlak olublar.
Musavat.com oxu.az-a istiandən xəbər verir ki, bu barədə "Kyodo News" agentliyi məlumat yayıb.
Bildirilir ki, qəzaya uğrayan "Cirrus SR20" təyyarəsinin göyərtəsində üç kişi olub. Hava gəmisinin ciddi zərər gördüyü qeyd edilir, o qismən yanıb, hər iki qanadı sınıb.
Təyyarə Saqa aeroportundan havaya qalxdıqdan qısa müddət sonra qəza siqnalı göndərib, ardından onunla əlaqə kəsilib.