Medianews.az
Müğənnini qocalar evində boğub
80 baxış

Müğənnini qocalar evində boğub öldürdülər

İspan aktrisa və müğənnisi Enkarnita Polo qocalar evində boğularaq öldürülüb.

86 yaşlı Polo Avila şəhərindəki qocalar evində uzun müddətdir xərçəng müalicəsi alırmış. Burada yaşayan digər sakin onu boğaraq qətlə yetirib.

Hadisənin bütün detalları araşdırılır.

Təqsirli şəxs qismində 80 yaşlı kişi saxlanılıb və insidentdən sonra psixiatriya şöbəsinə yerləşdirilib. Enkarnita Polo 1960–70-ci illərin ispan pop səhnəsinin ulduzu idi və xüsusilə məşhur “Paco, Paco, Paco” hitinə görə tanınırdı./Lent.az

Bizə qoşulun