Medianews.az
Tehran Bakını təhdid edir? -
126 baxış

Tehran Bakını təhdid edir? - Gəmilər İran sahillərinə yaxınlaşıb...

İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr apardıqdan sonra jurnalistlərin suallarına cavab verib.

Politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı Medianews.az-a açıqlamasında deyib ki, iranlı nazir jurnalistlər vasitəsilə Tehranın mesajlarını çatdırmaq istəyib: “Onun səsləndirdiyi əsas mesaj isə belə olub: “İrana hücum olarsa, müharibə sərhədləri aşacaq”. İran rəsmiləri hər zaman deyirlər ki, ABŞ İrana zərbə vurarsa, İran da Amerikanın bölgədəki hərbi bazalarına zərbələr endirəcək.

ABŞ-ın Azərbaycanda hərbi bazası yoxdur, ancaq iki ölkə arasında tərəfdaşlıq münasibətləri formalaşıb. Azərbaycan qonşu ölkədə sabitlikdə maraqlıdır. Ancaq iranlı diplomatın sözlərindən belə çıxır ki, İranda müharibə nəticəsində sabitlik pozularsa, Tehran qonşu ölkələrə problem yaradacaq. Bu açıq-aşkar təhdiddir.

İranlı diplomat bunun ardınca “bəzi region ölkələrinin bunu başa düşdüyünü və bu təhlükə haqda ABŞ rəhbərliyini xəbərdar etdiyini bildirib” ifadəsini işlədib.

ABŞ Prezidenti Donald Trampı İrana zərbə vurmaqdan çəkindirməyə çalışan 4 dövlət – Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Oman olub. Donald Tramp isə jurnalistlərlə söhbətində deyib ki, İrana zərbə endirməmək qərarını öz mülahizələrinə əsasən verib.

İranlı diplomat bölgə ölkələrinin ABŞ Prezidentinin qərarına təsir etdiyini və bu amilin müharibə təhlükəsini sovuşdurduğunu vurğulasa da, Ağ ev sahibinin təlimatıyla Amerikanın bir neçə hərbi gəmisi İran sahillərinə yaxınlaşıb. Yəni İranla bağlı təhlükə hələ sovuşmayıb”.

Medianews.az

Bizə qoşulun