Medianews.az
Tanınmış iş adamının yeniyetmə oğlu
113 baxış

Tanınmış iş adamının yeniyetmə oğlu QAÇIRILIB

Rusiyanın Krasnoyarsk şəhərində iş adamı Andrey Kapleyanın 14 yaşlı oğlu naməlum şəxslər tərəfindən qaçırılıb.

Medianews.az Ajans.az-a istinadən xəbər verir ki, naməlum şəxslər oğlanın atasından 350.000 dollar (595 000 manat) tələb ediblər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, oğlan əvvəlki axşam evdən tanımadığı bir şəxslə çıxıb. Daha sonra pul tələbi atanın telefonuna göndərilib. Oğlanın atası, həmçinin oğlundan video mesaj alıb və mesajda oğlanı qaçıranların tələblərini yerinə yetirməsi istənilib.

Məlumata görə, məktəbli naməlum şəxsin müşayiəti ilə təhlükəsizlik kameralarına düşüb. Qaçırma faktı üzrə istintaqa Aleksandr Bastrıkinin rəhbərlik etdiyi Rusiya İstintaq Komitəsi nəzarət edir.

Bizə qoşulun