Hazırda hər kəs radiasiya, onun insan səhhətinə təsiri və təhlükələri ilə bağlı məlumatlıdır. Lakin cəmi yüz il əvvəl radiasiya ictimai şüurda qorxulu bir şey kimi qəbul edilməyib.
Alimlər radioaktivliyi XIX əsrin sonlarında kəşf ediblər. 1896-cı ildə fransız Anri Bekkerel uran duzlarının rentgen şüalarından daha yüksək nüfuzetmə gücünə malik şüalar yaydığını müşahidə edib. Şüalar materiala heç bir təsir etməyib, bu da radioaktivliyin daxili bir xüsusiyyət olduğunu göstərib.
Bu xüsusiyyət radiasiyanın səbəbini anlamağa və digər radioaktiv materialları tapmağa çalışan bir çox alimin diqqətini cəlb edib. Mari Küri də bu tədqiqatı aparıb, əsasən nasturan (əsas uran filizi) və torberniti (uran tərkibli mineral) öyrənib. Bu elmi işdə mühüm vasitə Marinin əri Pyer Küri tərəfindən icad edilən yüksək dəqiqlikli elektrometr olub. 1898-ci ilin yayında onlar nəhayət ki, Marinin vətəni Polşanın şərəfinə polonium adlı yeni bir birləşməni təcrid etməyə müvəffəq olublar. 1898-ci ilin sonlarında cütlük, ocaq alovuna qoyulduqda gözlənilməz nəticə verən radioaktiv duz qarışığı istehsal etməyə müvəffəq olublar. Qarışıq alova bariumla uyğun parlaq yaşıl rənglər qatıb, eyni zamanda işıq prizmadan yayıldıqda karmin-qırmızı xətlər də aşkar edilib.

Küri tərəfindən XIX əsrin sonlarında radioaktivliyin kəşfi radioaktiv materiallara - radium, polonium və daha sonra uran - böyük bir marağa səbəb yaradıb. Nəticədə əsl “radium sənayesi” meydana gəlib. Bu radioaktiv elementin müəyyən (və bəzən əhəmiyyətli) miqdarından cihazların, dərmanların, məişət əşyalarının, kosmetik vasitələrin, qida məhsullarının və oyuncaqların istehsalında istifadə edilib.
Elə SSSRİ-də digər dünya ölkələrindən geri qalmayıb. Sovet İttifaqında radium əsaslı boya ilk dəfə 1950-ci illərdə ortaya çıxıb. Həmin dövrdə Çelyabinskdəki fabrikdə “Ural” adlı saatın istehsalına başlanıb. Boyanın tərkibində isə radium olub. Qum rəngində olan boya ilə saat əqrəbləri və zaman işarələri rəngləndikdən sonra əşya gözəl qərq verib.
Əslində bu, radioaktiv maddələrin sink sulfid və radium bromidlə reaksiyaya girməsi ilə əlaqədar olub. Radiasiyanın 92%-i insanlar üçün təhlükəsiz olan alfa şüalanması, qalan 8%-i isə təhlükəli olan beta və qamma hissəcikləri olub. Boyalı hissələr daim parıldayıb, lakin zamanla solub. Bu, sink sulfidin parçalanmağa başlaması səbəbindən baş veriv.

Boya bahalı olduğundan korpusu xrom örtüklü saatlar əvvəlcə yalnız hərbçilər üçün istehsal olunub. İllər keçməsinə baxmayaraq, bu saatlar hələ də tövsiyə olunandan bir neçə dəfə çox yüksək dozada radiasiya yayır. Bir az sonra istehsal ölkənin digər zavodlarında başlayıb. “Ural” saatlarından sonra "Pobeda", "Kama", "Sportivnıe", "Moskva" və "Komandirskie" saatları istehsal edilib. "ZÇZ" saatı isə xüsusi olaraq dənizçilər və sualtı qayıqlar üçün nəzərdə tutulub. Şüşə radiasiyanı zəiflətsə də, bəzi cihazlar saatda 10.000 mikrorentgen göstəricisi ilə əşyanı üzərində gəzdirən şəxs üçün təhlükəli olub.
Təyyarə cihaz panelləri üçün xüsusi saatlar da istehsal olunub ki, bunlarda da radiasiya qeydə alınıb. Araşdırmalardan sonra radioaktiv maddələrin istifadəsi dayandırılıb və fosforla əvəz olunub. Tamamilə təhlükəsiz olan fosfor Günəş işığında parıldayıb.
Digər radioaktiv alət Adrianov kompası olub. Sovet İttifaqında ən populyar kompas tez-tez uşaqlara hədiyyə kimi verilib. Heç kim 1960-cı illərin ortalarına qədər onun siferblatının və əqrəblərinin yuxarıda qeyd olunan saatlarla eyni radium əsaslı boya ilə boyandığını bilməyib.

Hətta Milad ağacı bəzəkləri belə radium boya ilə bəzədilib. Kompas və saatlarda qoruyucu şüşə olsa belə, bu Yeni il bəzəkləri üçün keçərli olmayıb. Təhlükəli maddə insan dərisinə, daha sonra isə, ehtimal ki, qidaya keçib.
XIX əsrdə istehsal edilən uran şüşə qablarına natrium uranat əlavə edilb. Bu, boşqablara və vazalara gözə yaşıl parıltl verib. Çar Rusiyasından qalma məişət əşyaları hələ də hərraclarda tapıla bilər. 1950-ci illərdə Sovet İttifaqında istehsal edilən bu cür vaazalar və külqabılar saatlardan daha yüksək radiasiya dozası yayıb.

Sovet dövründə insanlar təkcə müxtəlif alətlərlə deyil, içdikləri su ilə də zəhərlənib. Min illərdir ki, insanlar təbii isti və mineral bulaqlardan sağlamlıq müalicələri üçün istifadə edib və onların ətrafında kurortlar qurublar. Heç kim onların faydalarını dəqiq bilmədiyi üçün müalicəvi təsirlərinin səbəbi radioaktivlik olub. Məsələn, keçmiş Sovet İttifaqında məşhur mineral su olan "Borjomi" radioaktiv kimi reklam olunub. Radiasiyanın bədənə əsl təsiri məlum olduqdan sonra bu marketinq kampaniyası dayandırılıb. Radonun yarımparçalanma müddətinin cəmi 3,82 gün olması “radioaktiv” suyun istehlakçılarını xilas edib. Məhsul istehlakçıya çatana qədər radiasiyanın çox hissəsi artıq dağılıb.
İlkin Nəcəf, Musavat.com