Medianews.az
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir –
58 baxış

Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend

Son zamanlar sosial şəbəkələrdə yeniyetmələrin avtomobil idarə etməsini əks etdirən görüntülərə tez-tez rast gəlinir. Bəzi hallarda yeniyetmələr valideynlərindən icazəsiz avtomobili götürür, bəzən isə valideynlər özləri sükanı övladlarına həvalə edirlər. Belə şəxslərin avtomobil idarə etməsi isə yollarda hər kəs üçün təhlükə yaradır.

Medianews.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Elməddin Muradlı məsələnin hüquqi tərəflərinə toxunaraq Baku TV-yə bildirib ki, sürücülük hüququ olmayan şəxsin hər hansı qəza törətməsi, xüsusən də ölüm halının baş verməsi birbaşa cinayət tərkibi yaradır:

"Belə hallarda daha ağır sanksiyalar tətbiq oluna bilər. Təəssüf ki, bəzi insanlar bunu utanmadan sosial şəbəkələrdə paylaşırlar. Bu, başqalarına pis nümunə olmaqdır. Belə hallara qətiyyən yol vermək olmaz".

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, azyaşlıların sükan arxasına əyləşməsi nəticəsində baş verən ağır yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur.

Qurum qeyd edir ki, təcrübəsizlik, yol hərəkəti qaydalarını bilməmək və məsuliyyətsizlik faciəvi sonluqlara səbəb olan əsas amillərdir. Məlumatda, həmçinin vurğulanıb ki, Dövlət Yol Polisi tərəfindən bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir və qayda pozuntularına qarşı qanunauyğun tədbirlər görülür

Bizə qoşulun