Medianews.az
Premyer Liqa: "Turan Tovuz" "Qəbələ"ni
56 baxış

Premyer Liqa: "Turan Tovuz" "Qəbələ"ni məğlub etdi

Misli Premyer Liqasında XXV tura yekun vurulub.

Medianews.az  xəbər verir ki, turun son oyununda avrokuboklara iddialı olan "Turan Tovuz" "Qəbələ"ni qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç qərb təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

"Turan Tovuz"un heyətində Hayderson Hurtado (3, 49) və Joarlem Santos (59) fərqləniblər. Qonaq komandada Eşqin Əhmədov (27) dəqiq zərbə müəllifi olub. Roderik Miller isə tovuzluların heyətində (90+7) avtoqol müəllifi olub.

"Turan Tovuz" 48 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 16 xala malik "Qəbələ" isə on birinci yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" "Sumqayıt"ı (3:1), "Kəpəz" "Qarabağ"ı (1:0), "Neftçi" isə "İmişli"ni (6:0) məğlub edib.

Bizə qoşulun