Medianews.az
Şimali Koreya Yaponiyaya xəbərdarlıq etdi:
118 baxış

Şimali Koreya Yaponiyaya xəbərdarlıq etdi: "Faciə ilə üzləşə bilərsiniz"

Şimali Koreya ABŞ və Yaponiyanın birgə keçirdiyi hərbi təlimi "müharibə məşqi" kimi qiymətləndirərək buna kəskin etiraz edib.

Medianews.az xəbər verir ki, bununla bağlı Pxenyan bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Yaponiyanın ABŞ ilə hərbi əməkdaşlığı genişləndirməsi regionda təhlükəsizliyə təhdid yaradır. Şimali Koreya tərəfi Yaponiyanın bu manevrlərdə iştirakını ölkənin "işğal imkanlarını artırmağa" yönəlmiş addım kimi xarakterizə edib.

Bəyanatda Yaponiya Quru Özünümüdafiə Qüvvələri ilə ABŞ Dəniz Piyadalarının birgə keçirdiyi təlimlər kəskin pislənilib. Şimali Koreya həmçinin Yaponiyanın bu təlimlərdə iştirakını ölkənin "işğal imkanlarını artırmağa" yönəlmiş addım kimi qiymətləndirib.

Rəsmi Pxenyan Tokio rəhbərliyini Vaşinqtonla hərbi əməkdaşlığı dərinləşdirməkdə və regionda təhlükəsizliyi gərginləşdirməkdə ittiham edib.

Bəyanatda həmçinin qeyd olunub ki, Yaponiya mövcud beynəlxalq vəziyyətdən "müharibə aparan dövlətə çevrilməsini qanuniləşdirmək" məqsədilə istifadə edir və bu siyasəti davam etdirəcəyi təqdirdə, "faciəvi sonluqla" qarşılaşa bilər.

Qeyd edək ki, ABŞ və Yaponiyanın iyunun 20-də başlayan birgə hərbi təliminin sabah başa çatacağı planlaşdırılır.

Medianews.az

Bizə qoşulun