Medianews.az
Selfi çəkdirmək istəyən turist
173 baxış

Selfi çəkdirmək istəyən turist qayadan yıxıldı – VİDEO

Çində selfi çəkdirmək istəyən turist 40 metrlik qayadan yıxılıb. 

Medianews.az xəbər verir ki, hadisə Sıçuan əyalətindəki Huayin dağında turizm zonasında baş verib.

Kadrlarda kişinin dağın yamacına yaxınlaşaraq telefonuna baxdığı görünür.

Yaxınlıqdakı heç kim onu ​​saxlaya bilməyib.

Turist daha sonra sosial şəbəkədə sağ qaldığını yazıb: "40 metrlik qayalıqdan yıxıldım, sonra yamacdan daha 15 metr aşağı yuvarlandım. Daşlar düşəndə fikirləşdim ki, sağ qalmayacam".

Medianews.az

Bizə qoşulun