Bu gün “Cloudflare”ın qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq baş verib.
“Cloudflare” xidmətlərində yaranan problem nəticəsində dünyanın müxtəlif ölkələrində çoxlu sayda sayt açılmır, "Cloudflare Error" tipli xətalar görünür.

Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüzün Medianews.az-a bildirdiyinə görə, “Cloudflare” üzərindən işləyən bir çox Azərbaycan saytları da eyni səbəbdən açılmır və səhv mesajları göstərir: “Saytların özündə, serverlərdə problem yoxdur – trafik “Cloudflare”dan keçmədiyi üçün müvəqqəti əlçatmaz görünürlər.”
O.Gündüz deyib ki, “Cloudflare” qlobal miqyasda kəsintini aradan qaldırmaq üzərində işləyir, problemin qısa zamanda həll olunacağı gözlənilir.
Nailə Qasımova,