Medianews.az
Salyanda zəncirvari qəza: xəsarət alanlar var -
151 baxış

Salyanda zəncirvari qəza: xəsarət alanlar var - FOTO

Salyan rayonu ərazisində bir neçə nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ələt-Astara avtomobil yolunun Salyan ərazisindən keçən hissəsində qeydə alınan qəzada xəsarət alanlar olub. Hadisə yerinə təcili tibbi yardım heyəti cəlb edilib.

Xəstəxanadan verilən məlumata görə, hadisə səbəbi ilə xəsarət alan 7 nəfər (1 qadın, 6 kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Bizə qoşulun