Rusiyada 17 yaşlı yeniyetmə internetdəki yalanlara inanıb və hemoqlobin səviyyəsini qaldırmaq niyyəti ilə öz qanını içib.
Medianews.az xəbər verir ki, hadisə sonrası yeniyetmənin hərarəti qalxıb və özünü çox pis hiss edib.
Anası təcili yardım çağırıb. Oğlan kəskin zəhərlənmə diaqnozu ilə reanimasiya şöbəsinə aparılıb. Xoşbəxtlikdən o xilas edilib.
Yeniyetmə etdiklərini etiraf edərək həkimləri şoka salıb. Onlar xəstəni psixiatra yönləndiriblər.
Medianews.az