Göygöldə 10 şagirdin zəhərləndiyi məktəbin bufeti bağlanıb.
Medianews.az xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilib.
Qeyd olunub ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib.
"Satılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb. Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb", - deyə məlumatda vurğulanıb.