Rusiyanın İvanovo vilayətində “An-22” təyyarəsi qəzaya uğrayıb.
Qafqazinfo xəbər verir ki, Müdafiə Nazirliyinə məxsus təyyarədə yeddi ekipaj üzvü olub.
Hadisə yerinə təcili yardım xidmətləri və xilasedicilər cəlb edilib.
Ölən və yaralananlar barədə məlumat verilmir.