Medianews.az
Rusiya Xarkova "Şahed"lərlə hücum etdi -
51 baxış

Rusiya Xarkova "Şahed"lərlə hücum etdi - 19 nəfər yaralanıb

Rusiya ordusu gecə saatlarında "Şahed" tipli pilotsuz uçuş aparatları ilə Ukraynanın Xarkov şəhərinə hava zərbələri endirib.

Medianews.az Milli.Az-a istinadən verdiyi məlumata görə, bu barədə Xarkovun meri İqor Terexov açıqlama verib. Onun sözlərinə görə, şəhərə ümumilikdə 25 hücum dronu yönəldilib.

Hücum nəticəsində 19 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlar arasında hamilə gənc qadın və azyaşlı uşaq da var.

Bizə qoşulun